AZ

Rusiya ABŞ-la münasibətlərin bərpasında Vaşinqtonun addımlarına baxacaq- ÖZƏL

Rusiya ABŞ-la münasibətlərin bərpası məsələsində Vaşinqtonun atdığı addımlara diqqət yetirəcək. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

"Reallığa uyğun yanaşmaq lazımdır və biz də məhz bunu edirik. Müəyyən əlaqələr mövcuddur və onlar üzərində iş aparılır", - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva və Vaşinqton arasında münasibətlərin bərpasına ehtiyac olduğu aydındır. Bununla belə, Rusiya ABŞ-ın konkret addımlarını nəzərə alaraq hərəkət edəcək.

Bundan öncə Zaxarova qeyd etmişdi ki, Rusiya ABŞ-la Qərb sanksiyalarının ləğvini müzakirə etmir, çünki bu məhdudiyyətlər Moskvanın təşəbbüsü ilə tətbiq olunmayıb. Diplomat əlavə edib ki, Rusiya sanksiyaların tətbiqinin ilk növbədə onları tətbiq edənlər üçün mənfi nəticələr doğuracağı barədə əvvəlcədən xəbərdarlıq edib.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr