AZ

Tramp: Amerikanın qızıl dövrü təzəcə başlayıb

ABŞ prezidenti Tramp 4 illik fasilədən sonra Ağ Evə qayıtdı və artıq 7-ci həftəsini tamamladı.

Turkustan.az xəbər verir ki, bu proseslə bağlı açıqlama verən Tramp “Amerikanın qızıl dövrü yeni başlayıb” deyib. O bildirib ki, hökumət bu prosesdə görünməmiş şəkildə verdiyi vədlərə əməl edib.

O, bu barədə "Truth" Sosial media platformasında yazıb.

Tramp Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) böyük uğur qazandığını vurğulayıb və qeyd edib ki, o, departamentlərə xərclərin azaldılması və məşğulluq sahəsində DOGE ilə əməkdaşlıq etməyi tapşırıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
turkustan.az

1Mənbələr