AZ

Rusiya və Ukrayna ilə danışıqlarda irəliləyiş əldə edirik - Tramp

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə aparılan son danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Oval Ofisdə keçirilən tədbirdə Tramp “Ukrayna razılaşmaq istəyir, çünki onların başqa seçimi yoxdur, düşünürəm ki, Rusiya da razılaşmaq istəyir” deyə vurğulayıb.

Tramp ABŞ-ın NATO-ya həddindən artıq maliyyə ayırdığını və digər ölkələrin öhdəliklərini tam yerinə yetirmədiyini deyib.

“Dedim ki, ödəməsəniz, sizi müdafiə etməyəcəyik. 7 il əvvəl bunu bildirdim və nəticədə yüz milyonlarla dollar ödənildi”. - deyə bildirib.

O, bəzi ölkələrin müdafiə xərclərini özlərinin qarşıladığını, lakin ticarət sahəsində qeyri-bərabər rəftara məruz qaldıqlarını iddia edib.

Tramp ABŞ-ın HƏMAS-la danışıqlar apardığını və bu prosesin İsrailə kömək məqsədilə həyata keçirildiyini bildirib. O, HƏMAS-ın Qəzzanı idarə etməməli olduğunu və girovların azad edilməsinin vacibliyini vurğulayıb.

Səudiyyə Ərəbistanına səfəri ilə bağlı isə Tramp bu ölkənin ABŞ-dan 1 trilyon dollar həcmində investisiya yatırmaq qərarına gəldiyini və bu razılaşma çərçivəsində ora gedəcəyini açıqlayıb.

Tramp nüvə silahlarının təhlükəsinə diqqət çəkərək, ABŞ, Rusiya və Çin daxil olmaqla dünya ölkələrinin nüvə silahından azad olmasının vacibliyini vurğulayıb.

“Əgər biz hamımız nüvə silahından qurtula bilsək, çox gözəl olardı. Mən nüvə tərksilahı üzrə danışıqlara başlamaq istərdim”, - Tramp bildirib.

Seçilən
13
turkic.world

1Mənbələr