AZ

Əvvəllər məhkum olunmuş şəxsdən 1 kiloqrama yaxın heroin götürülüb

Saatlı, 7 mart, AZƏRTAC

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər də məhkum olunmuş Ramin Şıxəliyev saxlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, adı çəkilən şəxsdən 1 kiloqrama yaxın heroin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, R.Şıxəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.

Bundan əlavə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini tapdığı 1 ədəd avtomat, 1 ədəd daraq və 29 ədəd patronu könüllü olaraq polisə təhvil verib.

Seçilən
33
14
azertag.az

10Mənbələr