AZ

"Barselona" ona yeni müqavilə təklif etdi: Bu qədər məvacib verəcək

"Barselona" yarımmüdafiəçisi Frenki de Yonqla müqaviləni uzatmaq üçün danışıqlar aparır.

Publika.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Kataloniya klubu yarımmüdafiəçiyə yeni üç illik müqavilə təklif edir. Bir mövsüm üçün onun məvacibi 18-19 milyon avro olacaq. “Barselona” rəhbərliyinin yaxın həftələrdə futbolçudan cavab gözlədiyi qeyd edilir.

De Yonq bu mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimidir.

Seçilən
28
2
publika.az

10Mənbələr