Türkiyə Kubokunda 1/4 final rəqibi "Fənərbağça" olan "Qalatasaray" eyni həftədə 2 derbi oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom" Türkiyə Super Liqasının 29-cu turunda "Beşiktaş"ın qonağı olacaq ki, bu da ardıcıl derbilər deməkdir.
"Beşiktaş" - "Qalatasaray" oyunu 30 martda, "Fənərbağça" - "Qalatasaray" matçı isə 2-3 apreldə baş tutacaq.
"Sarı-qırmızılar" 3 gündə 2 derbini səfərdə keçirəcək.
Qeyd edək ki, hazırda 65 xalla liqada lider olan "Cim-Bom" martın 9-da "Alanyaspor"la üzləşəcək.