Rusiya Ukraynaya kütləvi raket hücumu edib.
AzPost UNİAN-a istinadən bildirir ki, Ukrayna Hərbi Hava Qüvvələri MiQ-31K-nın havaya qalxdığını, hava məkanında çoxsaylı raketlərin olduğunu açıqlayıb.
Monitorinq kanallarının məlumatına görə, hazırda bütün raketlər qərbə istiqamətinə atılır.
Xarkovda mülki infrastruktur obyektinə zərbə endirilib.Xarkov meri İqor Terexovun verdiyi məlumata görə, bir qadın binanın dağıntıları altından çıxarılıb. Yaxınlıqdakı yaşayış binasına da ziyan dəyib. Hazırda dörd qurbanın olduğu məlumdur.
Ternopıl bölgəsində raket hücumu nəticəsində mühüm sənaye obyektinə zərbələr endirilib. Administrasiyanın rəhbəri Vyaçeslav Neqoda əlavə edib ki, bölgədə qaz təchizatında məhdudiyyətlər ola bilər. “Hava Hücumundan Müdafiə Qoşunları düşmən raketini vurub. İtki yoxdur. Müvafiq xidmətlər fəsadları aradan qaldırır”, – deyə o vurğulayıb.
Çerniqov vilayətindəki istehsalat obyektlərindən birinə ziyan dəyib.
Polşa Ukraynaya hava hücumu ilə əlaqədar hərbi hava qüvvələrini səmaya qaldırıb.
“Rusiya Federasiyasının, xüsusən də Ukraynanın qərbində yerləşən hədəflərə zərbələr endirən uzaqmənzilli aviasiyasının intensiv fəaliyyəti ilə əlaqədar Polşa və müttəfiq aviasiyası hava məkanımızda fəaliyyətə başlayıb”, – ölkənin Əməliyyat Komandanlığının bəyanatında deyilir.