AZ

Auqsburqda iki heç-heçə və bir məğlubiyyət

Almaniyanın Auqsburq şəhərində 8 Mart gününə həsr olunmuş qadınlar arasında şahmat turniri keçirilir.

İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi Mələk İsmayıl üç turdan sonra hesabına 1 xal yazdıra bilib.

Yarışa iki heç-heçə ilə başlayan təmsilçimiz sonra yerli şahmatçı Mişel Trunza uduzub. Hazırda Mələk 27 iştirakçı arasında 18-cidir.

4-cü tur ərəfəsində Mariya Manko (İsveçrə) yüz faizlik nəticə ilə liderdir.

İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr