AZ

Məhkəmə Cənubi Koreya prezidentinin həbsini ləğv edib

“Yonhap” Xəbər Agentliyinin məlumatına görə, Cənubi Koreya məhkəməsi əvvəllər impiçment elan edilmiş prezident Yun Sok Yolun həbsini ləğv edib. Fevral ayında prezidentin vəkilləri Seul Mərkəzi Məhkəməsindən həbs qətimkan tədbirinə yenidən baxılmasını xahiş ediblər.

Cənubi Koreya parlamenti ötən il dekabrın 14-də Yun Sok Yola impiçment elan edib. Bunun ardınca yanvarın 19-da məhkəmə onun konstitusiya quruluşuna qarşı üsyana cəhd ittihamı ilə həbsi barədə qərar çıxarıb və həbs faktiki olaraq yanvarın 15-də olub.

İndi məhkəmə prezidentin vəkillərinin vəsatətini təmin edərək onun azadlığa buraxılmasına şərait yaradıb. Bundan əvvəl müdafiə tərəfi Yun Sok Yola qarşı ittihamların əsassız olduğunu israr edirdi.

Almaz Həsənli

Seçilən
45
oxumeni.az

1Mənbələr