“Mən bu komandada gördüklərimdən həzz alıram”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis bildirib ki, I Liqada çalışmaq onu sıxmır. Əksinə, burada işləməkdən həzz alır:
“Əslində, söhbət liqadan yox, harada işləməkdən gedir. Futbolçuların hər biri məşqlərdə və oyunlarda bacardığından da artığını etməyə çalışır.
Elə bir futbolçu yoxdur ki, mən ona “sənin məşqin xoşuma gəlmir” deyim. Bu, hər bir məşqçinin arzuladığı mənzərə və ortamdır”.
Sxadadze 2024-cü ilin martından “Qəbələ”nin sükanı arxasındadır. O, komandanı Premyer Liqada saxlaya bilməsə də, burada qalmağa davam edib.
Hazırda isə “qırmızı-qaralar” Kaxanın rəhbərliyi altında I Liqada uğurlu nəticələr göstərir.
16 tura 42 xal toplayan əyalət təmsilçisi turmir cədvəlinin vahid lideridir və Premyer Liqaya çempion statusu ilə qayıtmağa ən real namizəddir.