AZ

Makrondan Putinin Napoleon xatırlatmasına cavab: Tarixi səhv şərh edirsən!

Fransa prezidenti Emmanuel Makron, Rusiya prezidenti Vladimir Putinin Napoleonun Moskva kampaniyasında məğlubiyyətinə işarə etməsi ilə bağlı, “Məncə, tarixi səhv şərh edirsiniz” deyib.

Turkustan.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) liderləri Belçikanın paytaxtı Brüsseldə fövqəladə sammitə toplaşıb.
Makron sammitdən sonra keçirilən mətbuat konfransında deyib: “Hamımız Avropada ciddi bir dövr keçirdiyimizin fərqindəyik”.

Makron sülh istədiklərini, lakin Ukrayna üçün heç bir zəmanət olmadan tələsik danışıqlar yolu ilə atəşkəs istəmədiklərini vurğulayıb.

“Ukraynada təkcə bu ölkənin suverenliyi və təhlükəsizliyi deyil, həm də bizim təhlükəsizliyimiz təhlükə altındadır”. Makron bu ifadədən istifadə edərək Rusiyanın uzunmüddətli perspektivdə Avropa və Fransa üçün ekzistensial təhlükə yaratdığını qeyd edib.
Rusların 2022-ci ildə və sonra İstanbulda keçirilən danışıqlarda öz niyyətlərini ifadə etdiyini bildirən Makron, Moskva hökumətinin Ukraynada ordunun olmamasını və ölkənin hərbsizləşdirilməsini istədiyini bildirib.

"Ruslar Ukraynanı neytral ölkə kimi görmək istədiklərini deyirlər. Bu, ordunun azaldılması deməkdir"-deyə, o əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
13
1
turkustan.az

2Mənbələr