AZ

Daha bir restoranda nöqsanlar aşkarlandı (FOTO)

Bakı. Trend:

“Otdıx” restoranında nöqsanlar aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu, H.Salmani küçəsi 7 ünvanındafəaliyyət göstərən, fiziki şəxs Hacıyev Rza Rasim oğluna məxsus“Otdıx” restoranında AQTA əməkdaşları tərəfindən yoxlamakeçirilib.

"Baxış zamanı iaşə müəssisəsinin mətbəx hissəsində havalandırmasisteminin mövcud olmadığı, sanitar-gigiyenik tələblərin pozulduğu,məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi,həmçinin istehlaka təqdim edilən heyvan mənşəli məhsulların (quşəti və balıqlar) müvafiq icazə sənədlərinin olmadığı, çalışanişçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədiyimüəyyən edilib. Emal edilmiş məhsullardan və ətlərdən nümunələrgötürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtibedilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir"- deyə məlumatda qeyd edilib.

Daha
Daha
Daha
Daha
Daha
Daha
Daha
Məqalədə:
Seçilən
52
32
az.trend.az

10Mənbələr