AZ

Neymar uzun müddətdən sonra milliyə çağırıldı

style='margin-bottom:10px;'>

“Santos”un hücumçusu Neymar uzun müddətdən sonra yenidən Braziliya millisinə çağırılıb.

QOL.az xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

33 yaşlı hücumçu DÇ-2026-nın seçmə mərhələsində Kolmbiya və Argentina ilə keçiriləcək oyunlar üçün milliyə dəvət alıb.

Neymar sonuncu 15 ay əvvəl - 2023-cü il oktyabrın 18-də Uruqvaya qarşı oyunda millinin heyətində meydana çıxıb. Həmin görüşdə zədələnən futbolçu uzun müddət meydana çıxa bilməyib. 

Qeyd edək ki, Braziliya millisi martın 21-də Kolumbiya, 25-də isə Argentina komandaları ilə qarşılaşacaq.

Seçilən
13
teleqraf.com

1Mənbələr