AZ

“VAZ"la"saxla" işarəsinə tabe olmayan sürücü SAXLANILDI

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün, “VAZ” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən Avtosfer.az-a məlumata görə, sürücü S.Orucov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitə istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış material məhkəməyə göndərilib.

Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı digər yol hərəkəti qaydalarını pozan daha 12 sürücü barəsində inzibati protokol tərtib edilib.

Seçilən
12
1
avtosfer.az

2Mənbələr