AZ

Amerikalı basketbolçu “Lənkəran”a keçib

Bakı, 7 mart, AZƏRTAC

"Lənkəran" komandası heyətinə yeni basketbolçu cəlb edib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi ABŞ-dan olan Terri Kollinsin keçidini rəsmiləşdirib. 26 yaşlı oyunçunun son klubu Gürcüstan Superliqasında çıxış edən "Qurjaani Delta" olub.

Qeyd edək ki, bundan əvvəl Maykl Rocers və Andre Balla yollarını ayıran cənub təmsilçisi Vladislav Frolovu heyətinə qatıb.

Seçilən
27
azertag.az

1Mənbələr