AZ

53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq - AYNA

Bakı. Trend:

Martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daewoo"markalı 10-TG-753 nömrəli avtobus “Fidan” MMC-yə məxsusdur.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) bildirilib.

İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığısəbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alanolmayıb.

"Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyənavtobusları istismar edən daşıyıcıdan izahat alınıb. Qeyd edək ki,53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslaryeniləri ilə əvəzlənəcək.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqedilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkiledilir", - AYNA-dan bildirilib.

Məqalədə:
Seçilən
8
13
az.trend.az

10Mənbələr