AZ

Səbail İH məhkəməyə verildi

Səbail rayon İcra Hakimiyyəti məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, icra hakimiyyəti ilə bağlı iddianı Əli-Zadə Firdovsi Cavid oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. İddiaçı icra hakimiyyəti ilə yaşayış sahəsi ilə bağlı mübahisə yaşayır.

İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib. 27 mart tarixində hakim Günel Sevdimalıyevanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalovdur.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən

Seçilən
19
tribunainfo.az

1Mənbələr