Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.