Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin isti dostluq münasibətləri regionda xüsusi anlam kəsb edir:
"Azərbaycan və Türkiyə arasında olan münasibətlər xüsusi əhəmiyyətə malikdir. Bizim dövlət başçıları və millətimiz çətin sınaqlardan keçsə də, hazırda dostluq, qardaşlıq, müttəfiqlik münasibətlərimiz bizim üçün çox dəyərlidir. İğdır-Naxçıvan qaz kəmərinin açılışı da Naxçıvanın enerji təhlükəsizliyi, ölkə enerji politikası üçün əhəmiyyət kəsb edir. Cənab Prezident də öz çıxışında Naxçıvanın tarixi ilə bağlı mühüm fikirlər səsləndirdi. Sovet hakimiyyəti Qərbi Zəngəzuru Ermənistana verib və burda öz maraqlarını güdürdülər. Azərbaycan torpaqları hesabına Ermənistan əraziləri genişləndirilirdi. Bu böyük haqsızlıqdır.
Birinci Qarabağ müharibəsində də Naxçıvanı Ermənistan işğal etməyə çalışırdı, yaxşı xatırlayıram ki, Sədərək bölgəsində döyüşlər gedirdi. Naxçıvanın cəsur insanları torpaq bütünlüyümüz, ərazimizin qorunması, təhlükəsizliyin müdafiəsi istiqamətində şücaət göstərdilər. Ulu Öndərimiz Heydər Əliyev imkan vermədi ki, Naxçıvan işğal olunsun. Həmin dövrdə Türkiyənin Azərbaycana yardımlarını da unutmuruq. Ümid körpüsü müdafiədə mühüm rol oynayıb.
Torpaqlarımız işğaldan azad olunandan sonra, 2021-ci ilin 15 iyun tarixində, bizim üçün "Qurtuluş günü" tarixində Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olnunan Şuşa şəhərində, bizim mədəniyyət paytaxtımızda "Şuşa bəyannaməsi" imzaladılar. Bu ölkə təhlükəsizliyi, sülh, sabitlik üçün önəmli dövlətlərarası sənəddir. Hesab edirəm ki, Cənab Prezidentin Qərbi Zəngəzurla bağlı söylədiyi fikirlər kənar geosiyasi faktorlara, regionda maraqları olan dövlətlərə bir mesaj olmalıdır və Türkiyə -Azərbaycan Prezidentlırinin kamera qarşısında isti dostluq münasibətlərinin ifadə olunması da təsadüfi deyil. Hesab edirəm bu regionda maraqlar güdən qüvvələr üçün xüsusi anlam kəsb edən mesajlardır".
Zeynəb Mustafazadə
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta