AZ

Səbinə Əliyeva: Keçən il ombudsmanın ünvanına 29 min 371 müraciət daxil olub

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin 2024-cü il üzrə məruzəsi Konstitusiya Qanununa uyğun olaraq cari ilin fevral ayında Prezident İlham Əliyevə təqdim edilib. Bu gün isə Milli Məclisə təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri martın 7-də jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, təqdimat ölkədə insan hüquqları sahəsində ötən il görülən işlərlə bağlı məlumatları əhatə edəcək.

“İllik məruzədə ümumilikdə 84 təklif və tövsiyə yer alıb. Bu təkliflər və tövsiyələr əhalinin müxtəlif qruplarının hüquqlarının və azadlıqlarının səmərəli təmin olunmasına və etibarlı müdafiəsinə xidmət edir. Ümumilikdə keçən il ərzində ombudsmanın ünvanına 29 min 371 müraciət daxil olub ki, bu müraciətlər Konstitusiya Qanununa uyğun baxılaraq cavablandırılıb”, - deyə S.Əliyeva qeyd edib.

Seçilən
21
1
azertag.az

2Mənbələr