Ağalar İDRİSOĞLU - 75
Ey gözəl insan
(Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq,
rejissor, jurnalist Ağalar İdrisoğluna itfah olunur)
Şam kimi əridi sənətdə ömürn,
Yürsək pilləsində dayadın səbrin.
Xalq üçın çalışdın, yaşadın hər gün,
Ürəyi Vətənçün döyünən, vuran,
Ömrün uzun olsun ey gözəl insan.
Səhnəni öz evin, ocağın bildin,
Bəzən gecələri uyudun, qaldın.
Millətə xidmətdir ən böyük adın,
Çəkdiyin zəhmətin göründü hər an,
Ömrün uzun olsun, ey gözəl insan.
Sevdin Allahını səcdə eylədin,
Yolunu azana düz yol söylədin.
Haqsızlıq önündə heç baş əymədin,
Qıldın namazını qəlbində iman,
Ömrün uzun olsun, ey gözəl insan.
Haqqın, ədalətin carçısı oldun,
Zəhmətlə ən uca adları aldın.
Sadəydin hər zaman, sadə də qaldın,
And yerin Tanrıydı, bir də ki, Quran,
Ömrün uzun olsun, ey gözəl insan.
Qəbrin nurlu olsun, Züleyxa ana,
Bir oğlul böyütdün, verdin zamana.
Uymadı xəbisə, murdar şeytana,
Kasıba, xəstəyə hey arxa duran,
Ömrün uzun olsun, ey gözəl insan.
Neçə əsərləri yazdın, yaratdın,
Teatr sənətin canlı yaşatdın,
Bəzən rollarında kədərə batdın,
Çətin günlərində ummadın aman,
Ömrün uzun olsun, ey gözəl insan.
Rüşvəti sevmədin, halalı yedin,
Sözünü mərd kimi hər yerdə dedin.
Çəkdiyin əməyin bəhrəsin gördün,
Çirkaba batmadı, təmizdi vicdan,
Ömrün uzun olsun, ey böyük insan.
Nə varda, nə pulda olmadı gözün,
Yüksək kürsülərdə deyildi sözün.
Dünyanın çox yerin dolaşdın, gəzdin,
Eli, yurdu üçün alışan, yanan,
Ömrün uzun olsun, ey gözəl insan.
Yadı doğma bildin, arxa dayandın,
Dərdini, halını bilib duyandın.
Səhv yolla getmədin, durub dayandın,
Kişilik əzminə olmuşam heyran,
Ömrün uzun olsun, ey gözəl insan.
Üzundə nur gördüm, işığı təmiz,
Bir dost təəssüratı, doğmadan əziz.
Lilparam, hər yerdə oldum gülərüz,
Çəkdim bu həyatdan, çəkdim mən yaman,
Ömrün uzun olsun ey gözəl insan.
Lilpar CƏMŞİDQIZI,
Sumqayıt şəhəri