AZ

Fuad Əliyev: araiklər tribunalda, iqtidarla müxalifət Xankəndidə…

“Xankəndi və Xocalı səfəri tarixi bir hadisə idi. Bundan əvvəl də Şuşa və Ağdama getmişdik. Düşünürəm ki, bu, ölkədə milli birliyin növbəti nümunəsidir”.

Bu fikirləri Tribunainfo.az-la “Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyev bölüşüb. O, martın 6-da siyasi partiyaların, ictimai təşkilatların və medianın iştirakı ilə baş tutan Xankəndi, Xocalı səfərini möhtəşəm həmrəylik adlandırıb. F. Əliyev iqtidarla müxalifət arasında siyasi fikir ayrılığı olsa belə, milli məsələlərdə vəhdət yarandığını açıqlayıb:

“Mənim üçün qürurverici hal idi ki, Xankəndi və Xocalıda oldum. Xankəndi uzun illər terror yuvası olub. Xocalı isə bizim yaralı yerimizdir. Bu gün isə Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Ordumuzun qazandığı möhtəşəm qələbə bizə bu şəhərlərimizi ziyarət fürsəti yaşatdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimiz var olsunlar!”

F. Əliyevin fikrincə, iqtidarla ictimai-siyasi qüvvələr arasında daimi dialoq olmasını zəruri sayır və bu təmasların davamının gələcəyini gözləyir. F. Əliyev onu da deyib ki, Xankəndidə terrorçuluq əməlləri ilə məşğul olan erməni hərbi canilər mühakimə olunur, iqtidarla müxalifət isə Xankəndidə toplaşır.

Gülşən

Seçilən
11
1
tribunainfo.az

2Mənbələr