AZ

Meksika lideri Trampla telefonda görüş keçirib

Meksika

Meksika Prezidenti Klaudiya Şeynbaum sosial media hesabından verdiyi açıqlamada ABŞ Prezidenti Donald Tramp ilə aralarında telefon danışdığı olduğunu deyib. K.Şeynbaum bildirib ki, aprelin 2-dək Meksikaya gömrük rüsumları tətbiq edilməyəcək: “İki ölkə miqrasiya və təhlükəsizlik məsələlərində, o cümlədən ABŞ-yə qeyri-qanuni fentanilin və Meksikaya silah axınının azaldılması sahəsində əməkdaşlığı davam etdirəcək".

Trampla telefon görüşünün çox gözəl keçdiyini deyən Meksika Prezidenti Meksikanın ölkəyə daxil olan fentanilin azaldılması istiqamətində yanvar və fevral aylarında əldə etdiyi nəticələri Trampla bölüşdüyünü söyləyib.

Seçilən
7
xalqcebhesi.az

1Mənbələr