AZ

Kelloq: Ukraynalılar bunu öz hərəkətləri ilə haqq ediblər...

Vaşinqton Moskva ilə münasibətlərini bərpa etməlidir, çünki Ukraynada davam edən müharibə fonunda təcrid siyasəti artıq effektiv deyil...

Poliqon DW Agentliyinə istinadən xəbər verir ki, bunu Vaşinqtonda Xarici Əlaqələr Şurasında çıxışı zamanı ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

Kelloqq Vaşinqton və Moskva arasında münasibətləri bərpa etmək istəyini ABŞ-ın milli maraqlarının müdafiəsi və ABŞ-ın “sonsuz proxy müharibəsinə” cəlb olunmasının qarşısını almaq istəyi kimi izah edib.

“Beləliklə, indi gördüyünüz və şahid olduğunuz şey Tramp administrasiyasının hər iki tərəfi sülh razılaşmasına nail olmaq üçün masaya oturtmaq üçün təcili tədbirdir” deyən Kellogq, Ağ Evin müharibəni bitirmək üçün hər iki tərəfə təzyiq edəcəyini vəd edib.

Rusiyaya qarşı bu cür təzyiqlərə misal olaraq Trampın xüsusi nümayəndəsi ABŞ-nin Rusiyanın “kölgə donanması”na qarşı sanksiyalarını göstərib. Kellogq qeyd edib ki, Trampın Rusiyaya təzyiqi artırmaq üçün istifadə edə biləcəyi digər strategiyalar arasında Ukraynanın bərpasına kömək etmək üçün dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi və Rusiya enerjisi sektoruna maksimum təzyiq göstərmək daxildir.

Ukrayna ilə kəşfiyyat məlumatlarının bölüşdürülməsinə son qoyulmasının “Rusiyaya böyük güzəşt” olduğu və Ukrayna ordusunun döyüş meydanındakı imkanlarına birbaşa təsir göstərə biləcəyi ilə bağlı suala cavab olaraq Kelloq bildirib ki, ukraynalılar “bunu öz hərəkətləri ilə haqq ediblər”.

Poliqon.info

Seçilən
14
1
poliqon.info

2Mənbələr