AZ

Azərbaycanda bankların nağd dollar alqı-satqısı 24% artıb

2025-ci ilin yanvar ayı ərzində Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 410 milyon 279.3 min dollar təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatı əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müaqisədə 24% artıb.

Hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2024-cü ilin yanvar ayı ilə müaqisədə 2.8% azalaraq 116 milyon 106.1 min dollar, satışı isə 39% artaraq 294 milyon 173.2 min dollar olub.

Banklar tərəfindən nağd avronun alışı 2024-cü ilin yanvar ayı ilə müaqisədə 12% artaraq 9 milyon 782.3 min avro, satışı isə 53.5% artaraq 17 milyon 134.2 min avro təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayı ərzində AMB tərəfindən keçirilən 8 valyuta hərracında banklara ümumilikdə 498.8 milyon ABŞ dolları satılıb.

Fuad Mədətov
Finss.az

Seçilən
72
3
fins.az

6Mənbələr