AZ

Təsdiqləndi: Cümə günü əməliyyat olunan xəstələrdə fəsadlar yaranır

Alimlər müəyyən ediblər ki, həftənin digər günlərində cərrahiyyə əməliyyatı keçirənlərə nisbətən cümə günləri cərrahiyyə əməliyyatı keçirənlərin fəsadları və müalicəsi ilə bağlı problemlər daha çox olur və onlar yenidən xəstəxanaya yerləşdirilir.

Publika.az xəbər verir ki, bu barədə "JAMA Network Open" jurnalı məlumat yayıb.

Mütəxəssislər belə bir qənaətə Kanadanın Ontario əyalətindəki xəstəxanalarda cərrahi müdaxilə edilən xəstələrin sağlamlıq vəziyyəti ilə bağlı məlumatları təhlil edərkən gəliblər.

Araşdırmalar göstərib ki, digər bölgələrdə də vəziyyət eynidir. Alimlər hesab edirlər ki, bunun səbəbi istənilən halda bütün dünyada səhiyyə sistemlərinə təsir edən “həftə sonu effekti” adlı fenomendir.

Qeyd edək ki, xəstəxanalar istirahət günləri azaldılmış qrafiklə fəaliyyət göstərir. Bundan əlavə, ekspertlər qlobal təcrübəyə istinad edərək qeyd edirlər ki, adətən daha gənc həkimlərə cümə günləri əməliyyat keçirməyə icazə verilir.

Bununla da alimlər sübut ediblər ki, bu mifin dinlə heç bir əlaqəsi yoxdur.

Seçilən
66
1
publika.az

2Mənbələr