Azərbaycan Basketbol Liqasında mübarizə aparan "Lənkəran" heyətini gücləndirib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, amerikalı Terri Kollinslə müqavilə imzalanıb.
191 sm boya malik basketbolçunun ampluası müdafiəçidir.
26 yaşlı oyunçu "Lənkəran"a Gürcüstan Superliqasında yarışan "Gurjaani Delta"dan keçib.
Qeyd edək ki, ölkə çempionatının B qrupunda çıxış edən "Lənkəran" sonuncu, 6-cı pilləni tutur.