AZ

Qış təkərlərini nə vaxt çıxarmaq lazımdır? - AÇIQLAMA

Sürücülər hər il qış fəslinə xüsusi hazırlaşırlar. 

Belə ki, vətəndaşlar qış fəsli gəlmədən avtomobillərinin təkərlərinin dəyişirlər. Daha dəqiq desək, onları qış təkərləri ilə əvəzləyirlər. Bu, onların təhlükəsizliyi üçün olduqca vacibdir. Nəzərə almaq ki, qış təkərləri təhlükələrə qarşı sürücülərin və sərnişinlərin həyatını xilas etmə potensialına sahibdir. 

Çünki qarlı və buzlu havalarda yollar sürüşkən olduğu üçün qəza riski meydana gəlir. Qış təkərindən istifadə etməyən avtomobillərdə isə bu risk kifayət qədər yüksək olur. Lakin qış fəsli bitdikdən sonra sürüşmə təhlükələri geridə qaldığına görə sözügedən təkərlər çıxarılır. Hazırda da sürücüləri ən çox maraqlandıran sual qış təkərlərini nə zaman çıxaracaqlarıdır. 

Maraqlıdır, avtomobillərdən qış təkərlərini nə zaman çıxarmaq lazımdır? 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O bildirib ki, bunun üçün tələsmək lazım deyil:
"Düşünürəm ki, Novruz bayramı ərəfəsində havanın temperaturun minimal olaraq 10 dərəcədən yuxarı olan ərazilər üzrə qış təkərlərinin çıxarılmasına zərurət var. Lakin havanın temperaturunun 10 dərəcədən aşağı olduğu ərazilərdə isə bir qədər gözləmək məqsədəuyğundur. Çünki indiki vəziyyətdə təkcə qar yox, yağış da yolda buzlanmaya səbəb olacağı üçün sürüşmə vəziyyəti yarada bilər. 

Bu isə sürətli yolda vəziyyəti gərginləşdirər. Ona görə də sürücülərin tələsməməsi məsləhətdir. Məncə, Novruz bayramından sonra avtomobilləri qış təkərlərini çıxarmaq üçün daha yaxşı zamandır. Yəni bunun üçün yaz fəslinin gəlməsini gözləməliyik". 

 Pərviz

Seçilən
26
hit.az

1Mənbələr