AZ

Maskın kosmik gəmisi ikinci dəfə sınaq zamanı partlayıb

İlon Maskın “Starship” kosmik gəmisi ardıcıl ikinci dəfə sınaq zamanı partlayıb.

Vətəninfo.az xəbər verir ki, yerin aşağı orbitinə uçuşlar və Aya pilotlu uçuşlar üçün nəzərdə tutulmuş prototip “Starship” kosmik gəmisinin səkkizinci sınaq buraxılışı uğursuzluqla başa çatıb – buraxılışdan az sonra partlayıb.

Videoyayıma görə, təxminən 150 km yüksəklikdə, işə salındıqdan təxminən 10 dəqiqə sonra və daşıyıcıdan ayrıldıqdan qısa müddət sonra gəmi xaotik şəkildə fırlanmağa başlayıb, ondan qığılcımlar çıxdı, bundan sonra əlaqə kəsilib.

Eyni zamanda “Super Heavy” daşıyıcı ABŞ-ın Texas ştatındakı Starbase buraxılış meydançasına təhlükəsiz eniş edib.

“Təsdiq edə bilərəm ki, həqiqətən də gəmi ilə əlaqəmizi itirmişik. Təəssüf ki, bu, sonuncu dəfədə oldu”, – “SpaceX” nümayəndəsi bildirib.

Bu, bu il raket pillələrindən birinin itirildiyi ikinci sınaqdır – yanvarın 17-də Texasdan buraxılandan bir qədər sonra yuxarı pillə də uğursuz olmuşdu.

Seçilən
13
1
veteninfo.az

2Mənbələr