AZ

Ombudsman: "Zorakılıq qurbanı olmuş uşaq üçün fərdi dəstək planı hazırlanmalıdır"

"Aparılan araşdırmaların nəticələri onu deməyə əsas verir ki, müəllim-şagird münasibətlərinin tənzimlənməsi və psixoloji yardımın səmərəli təşkili məqsədilə təhsil müəssisələrində psixoloqlara ayrılan ştat vahidinin şagird sayına uyğunlaşdırılması, psixoloqların müəllim və valideynlərlə əməkdaşlığının gücləndirilməsi, habelə psixoloqların bilik və bacarıqlarının artırılması məqsədəmüvafiqdir".

Bakıvaxtı.az xəbər verir ki,  bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Bildirilib ki, təhsil müəssisələrində zorakılığa məruz qalmış uşaqlara zəruri dəstəyin göstərilməsi, onların yenidən qurbana çevrilməsinin qarşısının alınması üçün preventiv və dəstəkləyici mexanizmin tətbiqi olduqca vacibdir. 

"Zorakılıq qurbanı olmuş uşaq üçün fərdi dəstək planı hazırlanmalı, uşağın psixoloji vəziyyəti və inkişafı qiymətləndirilərək müntəzəm olaraq nəzarətdə saxlanılmalıdır".

Mina Mikayılova

Seçilən
15
bakivaxti.az

1Mənbələr