AZ

Suriya ordusu bu şəhərləri nəzarətə götürdü

Vətəninfo.az xəbər verir ki, Suriya Baş Təhlükəsizlik Müdirliyi Latakiya və Tartus şəhərlərində komendant saatı elan edib, şəhər mərkəzləri və yaxın kəndlərdə genişmiqyaslı təmizləmə əməliyyatlarına başlanılıb.

SANA-ya nazirlikdəki mənbə bildirib: “Biz Latakiya və Tartus şəhərlərində komendant saatı elan edir, eləcə də şəhər mərkəzlərində, kəndlərdə, qəsəbələrdə və yaxın dağlarda genişmiqyaslı təmizləmə əməliyyatlarına başlayırıq”.

Mənbə təsdiqləyib ki, “təmizləmə əməliyyatları Əsəd sadiqlərinin qalıqlarını və onları dəstəkləyənləri hədəf alacaq və biz mülki vətəndaşlarımıza evlərində qalmağı və şübhəli hərəkətlər barədə dərhal məlumat verməyi tövsiyə edirik”.

Seçilən
73
veteninfo.az

1Mənbələr