AZ

Noyerin sevinci kədərə çevrildi - Klubu açıqladı

Xəbər verdiyimiz kimi, "Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bayer"lə matçında qol sevinci zamanı zədələnib. 

Apasport.az xəbər verir ki, matçda sona qədər çıxış edə bilməyən qolkiper matçın 58-ci dəqiqəsində əvəzlənib.

Bundesliqa klubu Noyerin hazırkı vəziyyəti ilə bağlı açıqlama yayıb. Təcrübəli qapıçının sağ budunda əzələ lifi yırtığı aşkarlandığı bildirilib. 

Bu səbəblə futbolçunun bir müddət meydanlardan uzaq qalacağı gözlənilir. 

Qeyd edək ki, görüş "Bavariya"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Joze Mourinyo: “Məğlubiyyətə layiq idik”

Braziliyalı futbolçu “Atalanta”dan ayrıla bilər

“Liverpul” “Bornmut”un müdafiəçisi ilə maraqlanır

“Liverpul”un qolkiperi həftənin ən yaxşısı seçildi

Neymar milliyə dəvət alıb

Seçilən
22
apasport.az

1Mənbələr