“İran başqalarından asılı deyil və öz gücünə arxalanmalıdır”.
Missiya.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Güclü bir ölkə qurmaq üçün fikir ayrılıqlarını bir kənara qoymaq vacibdir. Biz birlikdə İranı və cəmiyyətimizi qura bilərik", - deyə siyasətçi vurğulayıb.
Pezeşkian qeyd edib ki, İslam xalqı müəyyən edilmiş qaydalar əsasında fəaliyyət göstərir və iranlıların inancları öz ölkələrini qurmaq məqsədi daşıyan ideyalara əsaslanır.
Daşqın HəsənovMissiya.Az