AZ

Kubanıçbek Ömuralıyev: "TDT beynəlxalq arenada mövqeyini gücləndirmək potensialına malikdir"

Türk Dövlətləri Təşkilatı (TDT) zamanla daha inteqrasiya olunmuş və nüfuzlu birliyə çevrilmək üçün bütün ilkin şərtlərə malikdir.

“Report” xəbər verir ki, bunu TDT-nın Baş katibi Kubanıçbek Ömuralıyev “Euroreporter”a müsahibəsində bildirib.

Baş katib qeyd edib ki, bu prosesin uğuru üzv dövlətlərin birgə işləməyə və əsas məsələlər üzrə ortaq mövqe tapmağa hazır olmasından asılı olacaq.

"TDT xalqlarımızın və ölkələrimizin maraqlarının təşviqi istiqamətində birgə səylər üçün platforma olaraq qalır. Təşkilat dövlətlərimizin maraq və dəyərlərinə uyğun olan unikal formada tədricən inkişaf etmək və beynəlxalq arenada öz mövqelərini gücləndirmək potensialına malikdir", - o bildirib.

Seçilən
31
report.az

1Mənbələr