AZ

ABB müştərinin kartından yoxa çıxan pulu tapa bilmir - AÇIQLAMA

Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərinin kartından yoxa çıxan pulu tapa bilmir.

Valyuta.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, bu barədə tanınmış aktyor Emil Musayev sosial şəbəkə səhifəsində paylaşım edib.

O, həyat yoldaşına aid ABB kartındakı əməkhaqqı məbləğinin elə bu banka məxsus digital karta yönləndirildiyini və əsl problemlərin də buradan başladığını söyləyib.

Vəsaitin kartdan silindiyini, amma digital karta köçürülmədiyini görən aktyor bankla əlaqə saxlayıb. Bankdan isə bildirilib ki, vəsait 4 iş günü ərzində karta yüklənəcək: "O 4 gün, bu 4 gün. Keçən həftənin 5-ci günündən bu tərəfə hər gün eyni şeyi deyirlər. Dünən yenə yazdım, dedilər sorğu başlatdıq. Bu gün isə yığıram, deyirlər ki, dünən sorğu başladılıb, bu isə 7 gün davam edəcək".

Aktyor ABB-ni məsuliyyətsizlikdə və müştərilərinə qarşı hörmətsizlik etməkdə günahlandırıb. O, bankın bankın yaratdığı problemə görə xeyli insanın əziyyət çəkdiyini vurğulayıb.

İqtisadiyyat.az məsələ ilə bağlı banka sorğu göndərib. ABB-dən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılacaq və problem həll olunacaq.

Xatırladaq ki, ABB kartları ilə bağlı yaşanan bu hal ilk deyil və əvvəllər də bəzi müştərilər bankı müştərilərinə qarşı hörmətsizlik etməkdə ittiham ediblər.

ABB müştərinin kartından yoxa çıxan pulu tapa bilmir - AÇIQLAMA

 

Seçilən
12
valyuta.az

1Mənbələr