Ermənistan 2025-ci ilin sonuna qədər KTMT-nin büdcəsinə haqqı ödəməsə, o zaman təşkilata üzv ölkələr müxtəlif ssenariləri nəzərdən keçirə bilər, amma yəqin ki, heç kimi qovmayacaqlar.
Axar.az xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Aleksandr Pankin deyib.
“Yanvarın 1-nə (2026-cı il) qədər iki il ödənişin edilmədiyi bir vəziyyət yaranarsa, ölkələr müxtəlif ssenariləri nəzərdən keçirə bilər”, - o bildirib.