AZ

“Qalatasaray” 3 gündə 2 derbi oynayacaq

Türkiyə Kubokunda 1/4 final rəqibi “Fənərbağça” olan “Qalatasaray” eyni həftədə 2 derbi oyununa çıxacaq. 

Offsideplus.az xəbər verir ki, “Cim-Bom” Türkiyə Super Liqasının 29-cu turunda “Beşiktaş”ın qonağı olacaq ki, bu da ardıcıl derbilər deməkdir.

“Beşiktaş” – “Qalatasaray” oyunu 30 martda, “Fənərbağça” – “Qalatasaray” matçı isə 2-3 apreldə baş tutacaq.

“Sarı-qırmızılar” 3 gündə 2 derbini səfərdə keçirəcək.

Qeyd edək ki, hazırda 65 xalla liqada lider olan “Cim-Bom” martın 9-da “Alanyaspor”la üzləşəcək.

Seçilən
35
1
7times.az

2Mənbələr