AZ

WADA Azərbaycan idmançısının cəzasını açıqlayıb - 5 il

Azərbaycan samboçusu Ramil Vəliyev cəzası məlum olub.

İdman.biz xəbər verir ki, bu barədə qərarı WADA verib.

Qurum döyüş samboçusunu 5 il müddətinə diskvalifikasiya edib. Buna idmançının antidopinq qaydalarını pozması səbəb olub. 2022-ci ilin sentyabrında Avropa çempionatı zamanı verdiyi testdə qadağan olunmuş maddə tapılan Vəliyevin cəzası həmin il oktyabrın 28-dən hesablanır. O, 2027-ci ilin oktyabrın 27-də yarışlara qayıda biləcək.

Qeyd edək ki, Ramil 2022-ci ildə 79 kq çəkidə qitə çempionatının gümüş medalını qazanıb.

İdman.biz

Seçilən
19
1
idman.biz

2Mənbələr