AZ

"Mançester Yunayted" - "Arsenal": Favorit kimdir? - RƏY

Bu həftə sonu dünyada daha bir derbi matçı baş tutacaq. 

İngiltərə Premyer Liqasında çox maraqlı bir oyun keçiriləcək. Belə ki, 9 martda yerli vaxtla saat 20:30-da "Mançester Yunayted" ilə "Arsenal" qarşı-qarşıya gələcək. Bu matçdan əvvəl yaxşı çıxış etməyən "qırmızı şeytanlar" turnir cədvəlinin 14-cü sırasında qərarlaşıblar. Çempionluq uğrunda mübarizə aparan "Arsenal" isə 2-ci sıradadır. 

Lakin buna baxmayaraq, belə böyük matçlarda turnir cədvəlindəki yer çox da əhəmiyyət kəsb etmir. Komandalar derbilərə tamam fərqli şəkildə hazırlaşırlar. Bu matçları belə maraqlı edən də məhz sürprizlərlə açıq olmalarıdır. 

Bəs "Mançester Yunayted" - "Arsenal" matçında hansı tərəf qələbəyə daha yaxındır? 

Bununla bağlı futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, İngiltərədə derbilər komandaların Premyer Liqada tutduğu yerdən və gücündən asılı olmayaraq hər zaman çox gərgin keçir:

"Lakin hazırda "Mançester Yunayted"in vəziyyəti o qədər də ürəkaçan deyil. Təbii ki, Premyer Liqada və Çempionlar Liqasında yaxşı nəticələr əldə edən "Arsenal" bu matçda qismən qələbə qazanmağa daha yaxındır. Çünki daha balanslaşdırılmış heyəti var. "Mançester Yunayted"in isə son zamanlarda performansı aşağı düşüb. Üstəlik, heyəti də olduqca zəifdir. Həmçinin, futbolçularda komanda ruhunun olmadığı da görünür. Bütün bunların hamısı "Arsenal"ı qələbəyə daha yaxın tərəf edir".

Pərviz

Seçilən
19
hit.az

1Mənbələr