AZ

"Apple" Britaniya hökumətini məhkəməyə verib

Bakı. Trend:

“Apple” korporasiyası istifadəçilər üçün şifrələnmənindeaktivləşdirilməsi tələbinə görə Britaniya hökumətini məhkəməyəverib.

Trend xəbər verirki, bu haqda “Financial Times” (FT) yazır.

Fevral ayında “The Washington Post”da olan mənbələr Britaniyahökumətinin “Apple” dan istifadəçilərin məlumatların şifrələnməsinisöndürməsini və onların informasiyasına sürətli çıxışı təmin etməküçün “bekdor” yaratmağı tələb etdiyini yazırdı. Martın əvvəlində“Apple” bu tələblə əlaqədar Böyük Britaniyanın müstəqil məhkəməorqanı olan İstintaq Səlahiyyətli Tribunalına şikayət ərizəsitəqdim edib.

Adı çəkilən məhkəmə başlıca olaraq güc strukturları ilə bağlışikayətlərə baxır.

Mənbələrin iddiasına əsasən, Amerika IT nəhənginin şikayətinə buayın sonuna kimi baxıla bilər. Tribunal Böyük Britaniya daxiliişlər nazirliyinin bu tələbini qanunsuz hesab etsə, “Apple” həminsərəncamın ləğv olunmasına nail ola bilər.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr