AZ

Məlikkəndində (Malikan) ibtidai sinif şagirdləri rezin boru ilə döyülüb

Məlikkəndində (Malikan) şəhərində məktəbə rəhbərlik edən qadın çox sayda şagirdi rezin boru (şlanq) ilə fiziki cəzaya məruz qoyub.

“Şəhəre xəbər Məlikan” kanalı Molabağari ibtidai məktəbində şagirdlərin cismani cəzalandırılmasını əks etdirən videogörüntü yayıb. Bu videoda ibtidai sinif şagirdləri sıraya düzülür və bir qadın məktəb məsulu tərəfindən onlara rezin boru (şlanq) ilə fiziki cəzası verilir.

Video geniş yayıldıqdan sonra şəhərin təhsil müdiri məsələyə münasibət bildirib, onun sözlərinə görə, müfəttişlər və mühafizəçilərdən ibarət qrup məktəbə gedib və araşdırma aparır.

visiontv.az



Seçilən
9
visiontv.az

1Mənbələr