AZ

Azərbaycanda mobil cihaz bazarında ən çox paya malik olan - ŞİRKƏTLƏR, SİYAHI

Azərbaycanda fevral ayı üzrə ən çox bazar payına malik olan mobil telefon mmrkalarının adları məlum olub.

FED.az biznes və maliyyə xəbərləri protalı “Statcounter” beynəlxalq şirkətinə istinadən xəbər verir ki,  10 marka  içərisində Azərbaycanda ən çox istifadə olunan “Samsung” olub. “Samsung”un Azərbaycandakı payı 29,01% təşkil edib.
Bu göstərici əvvəlki ay ilə müqayisədə 0,37 faiz bəndi az , ötən ilin fevral ayı ilə müqayisədə isə 1,09 faiz bəndi çoxdur.

“Xiaomi” populyarlığına görə ikinci pillədə qərarlaşıb. Şirkətin mobil cihaz bazarı üzrə Azərbaycan üzrə payı fevral ayı üzrə 23,62%-ə bərabər olub. Bu da aylıq  0,79 faiz bəndi az, illik  isə 4,50 faiz bəndi çoxdur.
“Apple” 18,69% pay göstərici ilə üçüncü pillədə qərarlaşıb. Şirkətin mobil cihaz bazarında Azərbaycan üzrə payı aylıq 0,17 faiz bəndi azalıb, illik 0,86% artıb.
 Dördüncü  pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 1,29 faiz bəndi artaraq , illik isə 10,17 faiz bəndi azalaraq 17,38% təşkil edib.
“Honor”un Azərbaycan seqmentindəki payı isə son bir ay ərzində 0,03 faiz bəndi, son bir ildə 3,50 faiz bəndi artaraq 5,07%-ə yüksəlib.
“Huawei” Azərbaycandakı payını aylıq 0,08 faiz bəndi, illik 0,11 faiz bəndi itirərək 1,59%-ə dək aşağı salıb.

“Techno” bu ilin fevralında  1,03% bazar payına malik olub. Şirkət mobil cihaz bazarı üzrə Azərbaycandakı payını aylıq 0,1 faiz bəndi, illik 0,75 faiz bəndi yüksəldib.
“Realme”nin bazar payı isə ay ərzində 0,07 faiz bəndi, il ərzində 0,25 faiz bəndi artaraq 0,77%-ə çatıb.

Seçilən
22
4
fed.az

5Mənbələr