AZ

Leninin istifadə etdiyi "Rolls-Royce"bərpa olunacaq - FOTO

Vladimir Leninə məxsus olan "Rolls-Royce" avtomobili Rusiyanın Sankt-Peterburq şəhərində bərpa ediləcək.

Avtosfer.az xəbər verir ki, bu barədə "Peterburq Gündəliyi" nəşri məlumat yayıb.

Avtomobil 1916-cı ildə İngiltərədə istehsal olunub. Bu barədə əminliklə danışmaq mümkündür, çünki muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan eyni seriyalı avtomobillərin zavod nömrələri mövcuddur.

Mənbənin sözlərinə görə, "Rolls-Royce" avtomobili "Eyni planetdə", "Avroranın yaylım atəşi" və "Altı iyul" filmlərinin çəkilişlərində istifadə edilib. Daha sonra avtomobil Mərmər Sarayında eksponat olaraq sərgilənib. Bununla belə, avtomobilin kosmetik təmiri 1995-ci ilin sonunda "Lenfilm" studiyasında həyata keçirilib.

Sankt-Peterburq Dövlət Tarix Muzeyinin bərpa emalatxanasının rəhbəri İlya Solovyovun sözlərinə görə, avtomobilin bəzi hissələri orijinal deyil. Məsələn, avtomobilin mühərriki QAZ-51 ilə əvəzlənib. Bundan əlavə, avtomobil sovet istehsalı olan şassi ilə təchiz olunub.

Mütəxəssis bildirib ki, bərpa olunmuş avtomobil 2026-cı ildə təqdim ediləcək və lak boya örtüyü zərər görməsin deyə, avtomobil yalnız qızdırılan otaqda sərgilənəcək.(oxu.az)

 

Seçilən
94
2
avtosfer.az

10Mənbələr