AZ

“Gənclərin Eko Səfərbərliyi” adlı layihə başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Azərbaycan Tələbələri” İctimai Birliyi  tərəfindən həyata keçirilən "Gənclərin Eko Səfərbərliyi” adlı layihə uğurla başa çatmışdır. Layihə çərçivəsində Mingəçevir şəhərində keçirilən ümumilikdə 4 təlimdə 120-dən çox gəncin iştirakı təmin edilmişdir. 
Layihənin məqsədi gənclərin ekoloji bilik və bacarıqlarını artırmaq, onlarda müxtəlif ekoloji fəaliyyətlər həyata keçirməklə ətraf mühitə qarşı müsbət münasibət formalaşdırmaqdır. Keçirilən təlimlər teorik bilik və praktiki bacarıqların birləşdirilməsi prinsipi əsasında keçirilmiş və iştirakçılar ekoloji məsələlər haqqında ətraflı biliklərlə təmin olunmuşdur. 
Layihənin gələcəkdə daha geniş gənclər qruplarını əhatə edəcək şəkildə davam etdirilməsi iştirakçı gənclər tərəfindən arzulanmışdır. 
 
 




 


Seçilən
13
7news.az

1Mənbələr