AZ

Rusiyada 8 Martda 30 dərəcə şaxta gözlənilir

Rusiyanın bəzi bölgələrində Beynəlxalq Qadınlar Günü sərt şaxtalarla keçəcək.

BAKU.WS xəbər verir ki, "Argumentı i faktı" nəşrinə danışan "Meteo" proqnoz mərkəzinin sinoptiki Aleksandr İlyinin sözlərinə görə, ölkənin bir sıra ərazilərində hələlik yaz istiliyindən söhbət gedə bilməz.

Çukotkada güclü antisiklon təsiri altında temperatur mənfi 30 dərəcəni keçəcək. Yakutiyada isə şaxtalar mənfi 28 dərəcəyə qədər düşəcək. Daha sərt hava şəraiti Taymır yarımadasında gözlənilir – burada 8-9 martda temperatur mənfi 40 dərəcəyə qədər enəcək.

Bununla yanaşı, Rusiya Hidrometeorologiya Mərkəzinin baş elmi rəhbəri Roman Vilfand 8 Mart üçün bəzi bölgələrdə isti hava "hədiyyəsi" olacağını bildirib. Onun sözlərinə görə, Şimal-Qərb, Mərkəzi və Cənub federal dairələrində hava isinəcək.

Moskva və ətraf bölgələrdə hava temperaturu 5-10 dərəcə, Kuban və Stavropolda isə 15 dərəcəyə qədər yüksələcək. Leninqrad, Novqorod və Pskov vilayətlərində temperatur iqlim normasından 4-8 dərəcə yüksək olacaq

Seçilən
15
far.az

1Mənbələr