AZ

Roma Papası xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə müraciət etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Roma Papası Fransisk xəstəxanaya yerləşdirildikdən üç həftə sonra ilk dəfə audiomüraciət yayımlayıb.
Oxu.Az xəbər verir ki, bu müraciət "Vatican News" rəsmi xəbər portalında yayımlanıb.
"Mənim sağlamlığım üçün Müqəddəs Pyotr meydanında dualar edirsiniz, buna görə səmimi qəlbdən sizə təşəkkür edirəm. Mən də buradan sizi müşayiət edirəm. Tanrının nəzəri üzərinizdə olsun və Müqəddəs Məryəm sizi qorusun. Təşəkkür edirəm", - deyə 88 yaşlı pontifik katolik inanclılara səslənib.
Səs yazısında Roma Papasının səsinin zəif olduğu və nəfəs darlığı yaşadığı hiss edilir.
Seçilən
10
oxu.az

1Mənbələr