AZ

Neftçilər SOCAR rəhbərliyindən narazıdır – Məktub

Neftçilərin hüquqlarını qoruyan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı onlardan gələn şikayət məktublarını ictimailəşdirirməkdə davam edir. Məktublardan məlum olur ki, neftçilər, xüsusilə dənizdə işləyən, günlərdir platformada qalan işçilər SOCAR rəhbərliyindən narazıdır.

Tribunainfo.az xəbər verir ki, M.Qəhrəmanlının paylaşdığı sonuncu məktubda dənizçi qeyd edib ki, həm günləri gedir, həm də pulları:

“Əvvəllər canımız gedirdi, indi həm canımız, həm pulumuz gedir. Yeni gələn köhnəyə rəhmət oxutdurur. Cənab Rövşən Nəcəf həzrətlərinin dövründə bu vaxtadək görünməyən, misli bərabəri olmayan ilklərə imza atılır. Əvvəllər “dədə-baba üsulu” hesab olunan “borca-borc” variantında işçi dənizdə hava şəraiti və sair səbəblərdən smen başa çatsa da evinə gələ bilmədikdə artıq qaldığı günlərin əvəzini növbəti smenlərdə evdə qalan işçilər ödəyirdi. Nə bu dərəcədə dövlətə ziyan vurulurdu, nə də işçilərin haqqı tapdanırdı. Əlbəttə istisnalar var idi. Növbə dəyişməyə cavabdeh olan şəxslər məsuliyyətsizlik və ya səriştəsizlik etmiş olsalar da gəmi və helikopter ilə kombinə edilmiş şəkildə vəziyyətdən çıxılırdı. Neft sənayesi üzrə dənizdə işləyən işçilərin həyat tərzinin ümumi mənzərəsi belə idi.
Fevral ayının 21-i günü smen dəyişməli olsa da, günlərlə boşdayanma yazılıb 26 fevralda iş yerinə çatırıq. Bir neçə saatlıq növbə dəyişmə əməliyyatı 5-10 sutkaya həyata keçirilir. Nəticədə, kateqoriyası fəhlə olanların muzdu kəsilir. Ruzimizə əl qoyulur. Həmin bu fəhlə kateqoriyası məşşəqətli günlərini davam etdirir. İnfilyasiyanı, qiymətlərin artımını az qala günbəgün hiss etdiyimiz halda, rəsmi infilyasiya rəqəmlərinin son 5 illik həddi 50 faizi keçsə də, 5 il ərzində 1 faiz da əmək haqqı qaldırılmasa da kateqoriyamız dözürdü. Keçən il maaş artımı oldu, bizə şamil olunmadı. Bonus oldu, bizə bir qat tətbiq olundu. İndi də boşdayanma. Yalnız fəhlə sinfinə tətbiq olundu. Nə sahə rəisləri, nə müavinləri bu məhrumiyyətləri hiss etmir.
Hörmətli SOCAR rəhbərliyi, əmək haqqı işinə baxanları, əmək müfəttişliyi, həmkarlar ittifaqı, və başqa aidiyyəti qurumlar bu problemləri görməzdən gəlir. Yəqin ki, bizim kimi insanları işdən azad eməklə fəhlə haqqlarının “qorunması” prosesi də sual altında qalacaq”.

Gülşən

Seçilən
11
2
tribunainfo.az

3Mənbələr