AZ

FHN DSX-nın hərbi hissəsində təlim keçirib - FOTO

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda nəzəri-praktiki tədbir çərçivəsində təlim keçirilib.

Bu barədə hafta.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimdə Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eləcə də yanğın təhlükəsizliyinin əsas tələbləri barədə hərbi hissənin şəxsi heyətinə geniş məlumat verilib.

Təlimin praktiki hissəsində şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə edilməklə xilas edilərək təxirəsalınmaz ilkin yardım göstərilib, eyni zamanda qəza zamanı ətrafa yayılan yanğın qısa zamanda söndürülüb.

Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.

Seçilən
86
15
hafta.az

10Mənbələr