SEPAH komandiri Sadeq Hüseyni bildirib ki, İlam əyalətində heç bir qurum Novruz bayramı ilə bağlı şənlik keçirilməsi üçün icazə vermək səahiyyətinə malik deyil.
Bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu – HRANA xəbər verir.
Məlumata görə, komandir qədim Novruz bayramını “mədəni dəyərlərə zidd” hesab edib və sosial şəbəkələrdə Novruz bayramı üçün çağırış edənlərin müəyyən edilərək barələrində tədbirlər görüləcəyini açıqlayıb.
visiontv.az