AZ

Mask Tesla səhmlərinin düşməsi ilə 111 milyard dollar itirib– ÖZƏL

Olaylar.az xəbər verir ki, amerikalı iş adamı İlon Mask 2024-cü ilin dekabr ayından bu yana 111 milyard dollar itirib. Forbes jurnalının məlumatına görə, bunun əsas səbəbi Tesla səhmlərinin dəyərinin azalmasıdır.

Qeyd olunur ki, Maskın sərvəti hazırda 353 milyard dollar təşkil edir.

Məqalədə bildirilir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Kanada və Meksikaya qarşı yeni ticarət tarifləri tətbiq edib, həmçinin Çindən gətirilən mallara gömrük rüsumlarını artırıb. Bu addımlar Çin və Avropada Amerika elektromobillərinə tələbatın azalmasına səbəb olub. Tesla-nın əsas zavodlarının Çin və Meksikada yerləşməsi vəziyyəti daha da çətinləşdirir.

Bundan əvvəl məlumat yayılmışdı ki, Donald Tramp İlon Maskın və onun dövlət idarəçiliyinin səmərəliliyi ilə bağlı departamentinin səlahiyyətlərini məhdudlaşdırmaq qərarına gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr